image-bu-pazar-secim-olsa-hangi-parti-yuzde-kac-alir_5bf859cde1_ampbackend

Türkiyədə siyasi balans dəyişir: Seçici üstünlüyü kimdədir?

ASAL-nın apardığı tədqiqatın nəticəsinə görə, 2026-cı ilin aprel ayında keçirilən son ictimai rəy sorğusunun nəticələri açıqlanıb. Sorğu nəticələrinə görə, “bu bazar seçki olsa” seçici üstünlüyündə ciddi rəqabət müşahidə olunur.

Referans Media xəbər verir ki, qərarsız seçicilərin payı bölüşdürüldükdən sonra nəticələr belə formalaşıb:

Ədalət və İnkişaf Partiyası – %34,1
Cümhuriyyət Xalq Partiyası – %32,5
DEM Partiyası – %9,2
Milliyyətçi Hərəkat Partiyası – %8,1
İYİ Partiya – %4,4

Digər partiyaların nəticələri isə belədir:

Zəfər Partiyası – %2,9
Anahtar Partiya – %2,4
Yenidən Rifah Partiyası – %2,2
Türkiyə İşçi Partiyası – %1,2
Digər partiyalar – ümumilikdə %3

Sorğu 11–20 aprel tarixlərində Türkiyənin 26 vilayətində ümumilikdə 2008 respondent arasında telefon vasitəsilə aparılıb. Araşdırmanın etibarlılıq səviyyəsi 95%, statistik xəta payı isə ±2% olaraq göstərilib.

Nəticələr göstərir ki, ölkənin iki əsas siyasi qüvvəsi – Ədalət və İnkişaf Partiyası və Cümhuriyyət Xalq Partiyası arasında fərq olduqca azdır və siyasi rəqabət getdikcə daha da gərginləşir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki