Türkiyə Rusiya və Ukrayna arasında planlaşdırılan danışıqlardan konstruktiv nəticələr və davamlı dialoq gözləyir.
Referans xəbər verir ki, bu barədə Rusiya mətbuatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasına istinadən məlumat yayıb.
“Cənab Prezidentin sülh prosesində uduzan tərəfin olmayacağı ilə bağlı bəyanatını xatırlatmaq istərdik. Biz nəyə ümid edirik? Atəşkəsə və regionda sülhə. Düşünürük ki, bütün dünya bunu gözləyir”, – deyə Türkiyə rəhbərliyindən bildirilib.
Məlumata görə, Ankara eyni zamanda danışıqların keçiriləcəyi görüşün təhlükəsizliyini təmin etməyə də hazır olduğunu bəyan edib.
Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ərdoğanla telefon danışığı zamanı Moskvanın Ukrayna ilə münaqişəni diplomatik yollarla həll etmək niyyətini bir daha təsdiqləmişdi./globalinfo.az