image-f1b24c746f15c1cb9b0a666394c9bae3backend

Ucarda kütləvi zəhərlənmə – 14 nəfər xəstəxanalıq oldu

Ucarda kütləvi zəhərlənmə halı qeydə alınıb.

Ucar Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, 30.12.2025-ci il tarixində saat 11:00 radələrindən etibarən zəhərlənmə şübhəsilə 14 nəfər (3 kişi, 11 qadın) Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki