Fevralın 15-i Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinə kütləvi hücuma cəhd göstərib.
Bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz özünün Teleqram kanalında məlumat yayıb.
“Səhər tezdən düşmən vilayətimizin ərazisinə kütləvi hücuma cəhd etdi”, – deyə o bildirib.
Qubernatorun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə qüvvələri, eləcə də BARS-Bryansk briqadasının mobil atəş qrupları və Rusiya Milli Qvardiyasının xüsusi təyinatlı bölmələri vilayət səmasında 120 pilotsuz uçuş aparatını məhv edib.//globalinfo.az
