Ukraynadakı münaqişə 24 saat ərzində başa çata bilər - Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı müharibənin mümkün həlli ilə bağlı açıqlama verib.

Referans Media  xəbər verir ki, Peskovun sözlərinə görə, əgər Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə Rusiya regionlarından geri çəkilmək barədə əmr versə, münaqişə 24 saat ərzində başa çata bilər.

O bildirib ki, hazırda proses fasilə mərhələsindədir. Peskov qeyd edib ki, bu, ABŞ-la əlaqələrin tam kəsilməsi demək deyil və Moskva sülh danışıqlarına açıqdır.

Rusiya rəsmisi əlavə edib ki, münaqişənin dayandırılması üçün Ukrayna tərəfinin müəyyən addımlar atması vacibdir. Onun sözlərinə görə, Vladimir Putin Zelenski ilə görüşməyə hazırdır, lakin bunun üçün əvvəlcə şərtlər yerinə yetirilməlidir.

Peskov həmçinin ABŞ-ın vasitəçilik rolunda əlaqələrin davam etdiyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki