Son illər dünyada peyvənddən imtina hallarında artım müşahidə olunur. Bir vaxtlar ictimai sağlamlığın əsas dayaqlarından sayılan vaksinlərə qarşı bəzi cəmiyyətlərdə etimadsızlıq yaranıb. Xüsusilə valideynlər arasında uşaqları peyvənd etdirməyə qarşı tərəddüdlər artır.
