image-xamnebackend

Xameneini öldürmək üçün elə bir şey edilib ki… – VSJ

İranın Ali lideri Ayətullah Xameneini öldürmək üçün süni intellektdən istifadə olunub.

Referans Media xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” (VSJ) məlumat yayıb.

İddialara görə, AI sistemləri real vaxt kəşfiyyat məlumatlarını emal edib, minlərlə mümkün ssenarini analiz edərək hədəfin yerini və ən effektiv zərbə anını müəyyənləşdirib.

“Claude Gov” adlı modelin farsdilli rabitə və sənədlərin təhlilində istifadə olunduğu, lakin silahları birbaşa idarə etmədiyi vurğulanıb.

Bildirilib ki, peyk şəbəkələri, məlumat inteqrasiya platformaları və alqoritmik hədəfləmə sistemləri birlikdə işləyərək qərarvermə prosesini sürətləndirib. Süni intellektin bu səviyyədə iştirakı isə müasir müharibə tarixində yeni mərhələ kimi qiymətləndirilir.

Rəsmi qurumlar məsələ ilə bağlı hələlik geniş açıqlama verməyib. Mövzu beynəlxalq arenada AI-nin müharibələrdə rolu və etik sərhədləri ilə bağlı ciddi müzakirələrə səbəb olub./Globalinfo.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki