Xankəndidə polislər fasiləsiz xidməti davam etdirir – VİDEObackend

Xankəndidə polislər fasiləsiz xidməti davam etdirir – VİDEO

  III MDB Oyunları çərçivəsində Xankəndi şəhərində keçirilən kamandan oxatma yarışı zamanı təhlükəsizliyin təmini məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.

Nazirlikdən Referans-a verilən xəbərə görə, şəhərin əsas küçə və prospektlərində, idman obyektinin yerləşdiyi ərazidə ictimai asayişin qorunması, iştirakçıların və tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi üçün fasiləsiz xidmət təşkil olunub.

Məlumata görə, polis əməkdaşları tərəfindən oyunlara qatılan yerli və xarici idmançılarla yanaşı, qonaqların rahatlığını təmin etmək məqsədilə nəqliyyatın hərəkəti tənzimlənib, insanların sərbəst və təhlükəsiz gediş-gəlişinə şərait yaradılıb.  

fd0a817c 6141 4e70 8d0f 788ade8517c3 a58ab3e3 ac15 426a 9588 37f579bacfe3 8bf61c19 250d 4539 a335 57efddb393ab 403f6e86 90b9 48a2 8fe9 c3e708e2bb94 bac27dbd 69d8 4076 8d0e 735a328426be 8e49f8c9 bbb7 411d b145 c92c8dd9941b cf4b4bb9 d0d0 4d47 98b0 303ed912795f 3b62b50f 70dc 46ac a47a de3e22158e08 cd658357 bb9f 4a90 bcc2 5829f492b52e


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki