Xocalı soyqırımını heç vaxt unutmayacağıq – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının ildönümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Referans Media xəbər verir ki, paylaşımda deyilir:

“Xocalı qətliamının 34-cü ilində öldürülən azərbaycanlı qardaşlarımızı rəhmətlə, kədərlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Həmişə ürəyimizdə hiss edəcəyimiz bu qeyri-insani qırğını heç vaxt unutmayacağıq”, – Türkiyə Prezidenti qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki