Xocavənddə evlərin tikintisi ilə bağlı razılıq: nizamnamə kapitalı 10 manatbackend

Xocavənddə evlərin tikintisi ilə bağlı razılıq: nizamnamə kapitalı 10 manat

  Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində fərdi yaşayış evlərini təmir edəcək.

Referans Teleqraf-a istinadən xəbər verir ki, qurum təmir işlərinin icrası üçün iki podratçı ilə razılaşıb. Bunlar “Frekans Construction and Energy Company” MMC və “Uğur Tikinti” MMC konsorsiumu ilə razılaşıb. Bunun üçün şirkətlərə 7 milyon 454 min 969 manat vəsait ödənəcək.

Müvafiq işlərin görülməsinə bu ayın 10-dan başlanılıb, sentyabrın 7-ə qədər bitməyi planlaşdırılır.

“Frekans Construction and Energy Company”nin nizamnamə kapitalı cəmi 10 manatdır. MMC 2009-cu ildə yaranıb. Hüquqi şəxs Ömərov Qüdrət Bayram oğlunun rəhbərliyi ilə 2023-cü ilin noyabrına qədər “Şəhərgah” MMC adı ilə, 2023-cü ilin noyabrından isə adı dəyişdirilərək “Frekans Construction and Energy Company” MMC olub. Şirkətin hüquqi sahibi hazırda Məsimov Adil Bəhlul oğludur.

“Uğur Tikinti” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Hüquqi sahibi Hüseynəliyev Raufdur.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki