Yasamalda dəhşət: 14 yaşlı yeniyetmə 15 yaşlı oğlanı bıçaqladı

  Noyabrın 17-də saat 22 radələrində Yasamal rayonu ərazisində qətl hadisəsi olub.

Referans.az xəbər verir ki, bu haqda “Qafqazinfo”ya DİN-dən məlumat verilib:

“2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb”.

Araşdırmalar davam etdirilir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki