Yaxın günlərdə ödənişlidə oxuyanlar dövlət sifarişinə keçiriləcək – Tələbələrə ŞAD XƏBƏR

  “Yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcək və bəzi ödənişli əsaslarla təhsil alanlar da dövlət sifarişi üzrə təhsillərini davam etdirəcək”.

Referans.az  APA-ya istinadən xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu, Elm və Təhsil Nazirliyi ilə müzakirə olunacaq və boş qalan dövlət sifarişli yerlər açıqlanacaq: “Rəqəmlər dəqiqləşəndən sonra ictimaiyyətə təqdim ediləcək. Bu proses tam şəffafdır və heç kimin hüququ pozulmur. Dövlətin ayırdığı maliyyə vəsaiti mütləq şəkildə təhsilə yönləndirilir”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki