“Sertifikatlaşdırma təhsildə keyfiyyətin artırılmasına və müəllimlərin davamlı inkişafına yönəlmiş prosesdir”.
Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, müəllimlərin sertifikatlaşdırma nəticələrinin gələcəkdə məktəb direktoru və müavini seçimində, o cümlədən qeyri-maddi rəğbətləndirilmə prosesində nəzərə alınması planlaşdırılır:
“Sertifikatlaşdırmada ən yüksək nəticə göstərmiş müəllimlər gələcəkdə ödənişli əsaslarla mentor müəllim kimi məktəbdaxili metodik xidmətə cəlb olunacaqlar”.