Jean-Claude Juncker iddia edib ki, Yunanıstanın ağır iqtisadi böhran yaşadığı dövrdə Avropa İttifaqına üzv ölkələrdən birinin maliyyə naziri borcların ödənilməsi üçün Akropolis abidəsinin satılmasını təklif edib.
Juncker bildirib ki, bu təklif Avroqrup toplantılarından birində səsləndirilib. O, təklifi verən şəxsin adını açıqlamasa da, həmin şəxsin qadın olduğunu deyib.
Keçmiş komissiya sədri qeyd edib ki, Yunanıstanın büdcə kəsiri ilə bağlı yanlış məlumat verməsi ölkəyə inamı ciddi şəkildə sarsıdıb və bu səbəbdən böhran dövründə ölkə haqqında hətta belə radikal fikirlər səsləndirilirdi.
