Zakir İbrahimov onu işdən çıxardı - FOTO

"AzerGold" QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsinin rəhbəri vəzifəsindən azad olunub.


Referans Media-ın əldə etdiyi xəbərə görə, QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrlə, Eldəniz Bayramlı şöbə müdiri vəzifəsindən çıxarılıb.

O, 2025-ci ildən "AzerGold" QSC-də Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsinin müdiri vəzifədə çalışıb.

Qeyd edək ki, E. Bayramlı 2004-2008-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında “Ətraf mühitin mühəndis mühafizəsi” ixtisası üzrə bakalavr, 2008-2011-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında “Ətraf mühitin mühəndis mühafizəsi” ixtisası və 2016–2018-ci illərdə Böyük Britaniyanın Şeffild Universitetində “Proses təhlükəsizliyi və itkilərin qarşısının alınması” ixtisası üzrə magistr pilləsində təhsil alıb. Həmçinin "SOCAR" AQS-da Sağlamlıq və təhlükəsizlik üzrə qrup rəhbəri vəzifəsində çalışıb./Ölkə.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki