Zaqatalada əməliyyat: Olabıyı Kazeem Adısa saxlanıldı

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı tutulub.

Bu barədə Referans Media-ya  Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Nigeriya Federativ Respublikası vətəndaşı – 1995-ci il təvəllüdlü Olabıyı Kazeem Adısa saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki