backend

Zaqatalada həyətdən meyit tapıldı

Zaqatalada həyətdən meyit tapılıb. Hadisə rayonun Danaçı kəndində qeydə alınıb.

 

Referans Media Bizim.Media-ya istinadən xəbər verir ki, Danaşı kənd sakini Əsəbəli Quziyevin meyiti yaşadığı evin həyətyanı sahəsində ailə üzvləri tərəfindən aşkar edilib.

 

60 yaşlı kişinin hansı səbəbdən ölməsi isə araşdırmalardan sonra bəlli olacaq.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki