Zimbabvedəki bərə qəzasında ölənlərin sayı 80-ə çatdı

Xəbər verdiyimiz kimi, Zimbabvedəki Kariba gölündə 90 sərnişin daşınmasına icazə verilən, bunun əvəzinə göyərtəsində 160-a yaxın sərnişin olan bərə aşıb.

Referans Media xəbər verir ki, qəza nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir. Əməliyyatlarda təkcə peşəkar xilasedicilər deyil, həm də yerli dənizçilər iştirak edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki