İran parlamenti xarici media və təşkilatlarla əlaqələrə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Referans Media xəbər verir ki, layihəyə əsasən, ABŞ və İsrail mediasına, eləcə də bu ölkələr tərəfindən maliyyələşdirilən nəşrlərə müsahibə vermək və onlarla müzakirə aparmaq qadağan edilə bilər.
Qaydanı pozanları 6 aydan 2 ilədək həbs cəzası gözləyə bilər.
Digər xarici KİV-lərə müsahibə verilməsi barədə isə hakimiyyətə əvvəlcədən məlumat vermək tələb olunacaq. Xarici səfirliklər və təşkilatlarla əlaqələrə, əcnəbilərə məlumat ötürülməsinə və xarici qurumlarla elmi əməkdaşlığa da məhdudiyyətlər tətbiq ediləcək.
Qanun layihəsi hələ İran Konstitusiyasının Keşikçilər Şurası tərəfindən təsdiqlənməlidir.
