Sinqapurda yerləşən Jetstar Asia aviaşirkəti iyulun 31-dən etibarən fəaliyyətini dayandıracağını açıqlayıb.
Referans xəbər verir ki, Qantas-ın törəmə şirkəti olan şirkət tədarükçü xərclərinin 200 faiz artması, hava limanının yüksək ödənişləri və bölgədəki gərgin rəqabət səbəbindən bağlanmaq qərarına gəlib.
Bağlandıqdan sonra 500-dən çox işçinin ixtisar ediləcəyi açıqlanıb.
Sərnişinlərə ödənişlər tam olaraq geri qaytarılacaq və bəzi reyslər Qantas Group-un digər aviaşirkətlərinə köçürülə bilər.
Şirkət növbəti yeddi həftə ərzində uçuşları tədricən azaldacaq və uçuşları təsirlənən sərnişinlərə birbaşa məlumat veriləcək.
20 ildir fəaliyyət göstərən Jetstar Asia bu maliyyə ilində 35 milyon Avstraliya dolları zərər proqnozlaşdırıb