Əkizlər və yüksələn Əkizlər bürclərini 2026-cı ildə nələr gözləyir? Məşhur astroloq Dinçer Günerin fikrincə, 2026-cı il Əkizlər üçün karyera arzularının gerçəkləşdiyi bir il olacaq. Xüsusilə 15 iyun tarixini önə çəkən Güner, “Tam ağ bir səhifə açılır” deyir. Budur, Dinçer Günerdən Əkizlər və yüksələn Əkizlər üçün 2026-cı il proqnozu:
Yanvar və Fevral: Sosial çevrə və inanclarda dönüş
26 yanvar | Neptun Qoç bürcünə keçir (2039-cu ilə qədər)
Sosial mühitinizdə daha dərin və ruhani bağlar qurmaq istəyi ön plana çıxacaq. İnsanlara fayda vermək, ictimai layihələrdə iştirak etmək arzusunda ola bilərsiniz. Ancaq özünüzü “qurban” mövqeyinə salmamağa diqqət yetirməlisiniz. Bəzi dostluqlarda xəyal qırıqlıqları, ideallarla reallıq arasında ziddiyyətlər yarana bilər.
14 fevral | Saturn Qoç bürcünə keçir (2028-ci ilə qədər)
Sosial həyatınızda “kim dostdur, kim deyil” sualına cavab tapacağınız bir ələnmə prosesi başlayır. Gələcəyə dair ümidlərinizin nə dərəcədə real olduğunu yenidən dəyərləndirəcəksiniz. Bu dövrdə həyatınıza daxil olan şəxslər əsasən yaşca böyük və dəstək verən insanlar ola bilər. Siyasət, QHT və ya birliklərdə məsuliyyətləriniz arta bilər.
17 fevral | Dolça bürcündə Günəş tutulması
Həyat fəlsəfəniz, xariclə bağlı əlaqələriniz, təhsil və inanclar sahəsində taleyüklü, tamamilə yeni bir qapı açılır. Lakin Buğa bürcündəki Uranla gərgin aspekt səbəbindən şüuraltı qorxular və ya gizli qalan məsələlər bu başlanğıclarda qəfil çətinliklər yarada bilər.
20 fevral | Saturn–Neptun qovuşumu (Qoç bürcündə)
Xəyallar (Neptun) və reallıq (Saturn) sosial çevrə sahəsində üz-üzə gəlir. Dostluq münasibətləriniz sınaqdan keçəcək. Sizə fayda verməyən qruplardan ayrılıqlar yaşana bilər, eyni zamanda arzularınızı daha real əsaslar üzərində qurmaq imkanı yaranacaq.
Mart: Kökələr və karyerada aydınlaşma
3 mart | Qız bürcündə Ay tutulması
Ev, ailə, yaşayış yeri və köklərlə bağlı bir mövzu (köç, təmir, ailə məsələləri) emosional bir sonluqla başa çatır. Həyatınızın təməlini təşkil edən bu sahədə təmizlənmə enerjisi hakimdir.
29 mart | Saturn və Plutonun müsbət təsiri
Dəyişən həyat baxışınız gələcək planlarınızı və sosial çevrənizi güclü şəkildə dəstəkləyir. Doğru hədəflər və doğru insanlarla möhkəm bir gələcək qurmaq üçün kosmik dəstək alacaqsınız.
Aprel və May: Şəxsi inqilab və münasibətlər
26 aprel | Uran Əkizlər bürcünə keçir (2033-cü ilə qədər)
Zehni dünyanızda və şəxsi imicinizdə inqilabi bir dövr başlayır. “Mən kiməm?” sualına radikal cavablar verə bilərsiniz. Xarici görünüşünüzü dəyişmək, daha azad və üsyankar bir üslubla özünüzü ifadə etmək istəyi yarana bilər. Rəqəmsal sahələr, yeni təhsil imkanları və qəfil səyahət qərarları gündəmə gələ bilər.
31 may | Oxatan bürcündə Dolunay
İkili münasibətlər, evlilik və tərəfdaşlıqlarda mühüm bir qərar və ya tamamlanma mərhələsinə gəlinir. Bu qərarlar sosial çevrəniz və gələcək hədəfləriniz tərəfindən dəstəklənəcək; dostlarınız daha rasional addımlar atmağınıza kömək edə bilər.
İyun və İyul: Yeni başlanğıclar və vizyon
15 iyun | Əkizlər bürcündə Yeni Ay
İlin sizin üçün ən vacib başlanğıcıdır. Şəxsi təşəbbüsləriniz və özünüzü dünyaya təqdim etmə tərzinizlə bağlı tam ağ bir səhifə açılır. Artıq həyatın sükanı sizin əlinizdədir.
30 iyun | Yupiter Xərçəngdən Şir bürcünə keçir
Maddi sahədəki bolluq dövrü başa çatır, şans və genişlənmə kommunikasiya, təhsil, qardaşlar və yaxın çevrə sahəsinə yönəlir (2027-ci ilin iyuluna qədər). Özünüzü ifadə etməyiniz parlayacaq, bol səyahət və təhsil imkanları yaranacaq.
18 iyul | Uran (Əkizlər) – Pluton (Dolça) üçbucağı
Şəxsi inqilabınızla həyat fəlsəfənizdəki dönüş arasında mükəmməl uyğunluq yaranır. Kimliyinizlə inanclarınız arasında güclü bir körpü qurulur.
20 iyul | Yupiter (Şir) – Neptun (Qoç) üçbucağı
Yaradıcılıq və ruhani ilham dalğası gəlir. Fikir və xəyallarınızı sosial çevrənizlə paylaşaraq böyük dəstək ala bilərsiniz. Yazı layihələri və idealist qruplar üçün çox əlverişli zamandır.
Avqust və Sentyabr: Zehni sıçrayış və karyera
12 avqust | Şir bürcündə Günəş tutulması
Ünsiyyət, təhsil və zehni fəaliyyət sahəsində taleyüklü bir başlanğıc baş verir. Yeni təhsilə başlamaq, kitab və ya layihə yazmaq üçün olduqca güclü təsirlər mövcuddur. Zehni baxımdan səviyyə atlayacağınız bir dönəmdəsiniz.
28 avqust | Balıqlar bürcündə Ay tutulması
Karyera və ictimai mövqedə emosional bir bitiş və ya nəticələnmə yaşanacaq. Lakin bu proses ailə məsələləri və şəxsi azadlıq istəyi ilə ziddiyyət yarada bilər. Marsın dəstəyi isə maliyyə gücünüzü artıraraq bu mərhələni daha rahat idarə etməyinizə kömək edəcək.





















