image-6992d31bf54a18c0d0f94a39backend

30 mindən çox ev elektriksiz qaldı – bu ölkədə

Yeni Zelandiyada güclü yağış səbəbindən 30 mindən çox evin elektriksiz qaldığı bildirilib.

Referans Media xəbər verir ki, Yeni Zelandiyanın Şimali Adasında təsirli olan güclü fırtına və leysan yağış nəticəsində hava, quru və dəniz nəqliyyatında fasilələr yaranıb, 30 mindən çox ev elektriksiz qalıb. Yeni Zelandiya Meteorologiya Xidməti (MetService) bildirib ki, adanın şərq sahillərində külək sürəti saatda 240 kilometrə çatıb, paytaxt Wellingtonun yüksək ərazilərində isə 190 kilometrə yüksəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki