40 yaşdan yuxarı kişilər qidalanma vərdişlərində mühüm dəyişiklik etməlidirlər.
Referans Media xəbər verir ki, bu barədə dietoloq Eşli Kitçens "Eating Well" nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, 40 yaşdan sonra kişilər gündəlik rasionda zülalın miqdarını artırmalıdır.
Dietoloq bildirib ki, zülal qəbulu və güc məşqlərinin artırılması yaşla bağlı yaranan əzələ itkisi - sarkopeniyanın qarşısını almağa kömək edir.
“Zülal əzələ kütləsinin azalmasını ləngidən əsas qida maddəsidir”, - deyə o qeyd edib.
Eşli Kitçens əlavə edib ki, zülal sağlam maddələr mübadiləsini dəstəkləyir, qanda şəkərin səviyyəsinin sabit qalmasına kömək edir və aclıq hissini daha yaxşı idarə etməyə imkan yaradır.
Onun sözlərinə görə, zülalla zəngin qidalar daha uzun müddət toxluq hissi yaradır, çünki onların həzm prosesi daha çox vaxt aparır. Bu isə həddindən artıq qidalanma istəyini azaldır.
Dietoloq zülal qəbulunu artırmaq üçün menyuya mərcimək, qara lobya, noxud əlavə etməyi tövsiyə edib. O, həmçinin bərk bişmiş yumurta, yunan qatığı və balığı da faydalı zülal mənbələri kimi göstərib.//Publika.az
