"Green Card"la bağlı ŞOK QƏRAR: Minlərlə insanın ABŞ arzusu puç oldu

2027-ci il üçün nəzərdə tutulan "Green Card" lotereyası növbəti dəfə qeyri-müəyyən müddətə təxirə salınıb.

Referans Media xəbər verir ki, məhkəmənin müraciətlərin qəbuluna 1 noyabrdan başlanması barədə qərarına baxmayaraq, Tramp administrasiyası apellyasiya şikayəti verərək prosesin icrasını dayandırmağa nail olub.

Qeyd edək ki, lotereya milli təhlükəsizlik mülahizələri əsas gətirilərək 2025-ci ildən bəri dondurulub.

Müraciətlərin qəbulu üçün yeni tarixlər hələlik açıqlanmayıb.

Bu qərar ABŞ-yə köçmək niyyətində olan minlərlə insanın planlarını alt-üst edə bilər./Musavat.com/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki