Ankarada ŞOK təklif: Təsdiqlənsə, Putin Türk masasını dağıda bilər

Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayev Ankarada keçirilən Zirvə görüşündə maraqlı və bir o qədər də qəribə təkliflə çıxış edib. Tokayev bildirib ki, Rusiyanın Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi üzv olması üçün lazımi addımlar atılmalıdır.

Hələ bir neçə il əvvəl Rusiya və İranın TDT-yə üzvlüyü məsələsinin gündəmə gətirilə biləcəyi, özlərinin də bunda istəkli olduğuna dair məlumatlar yayılmışdı. Bu gün də Qazaxıstan lideri belə bir təkliflə çıxış edib. O bildirib ki, Rusiya Türk dünyası ilə keçmiş dövrdən çox yaxın təmasdadır. Haqlıdırmı? Bəli. Amma Rusiya Prezidenti Vladimir Putini o masada sadəcə müşahidəçi üzv statusunda izləmək qəribə olar. Xüsusilə Rusiyanın Ukrayna müharibəsinə görə düşdüyü çətin vəziyyət və mövcud xarici əlaqələrinin indiki qarışıq durumunda Türk masasına gətirilməsi nə dərəcədə məntiqli və mümkündür? Putin nə digər müşahidəçi üzv ölkələrdən Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovdur, nə Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürman, nə də Macarıstanın Baş naziri Piter Magyar. Rusiyanın masada türk ölkələrinin liderləri arasında təşkilatın hazırkı diplomatik və strateji xəttinə uyğunlaşmağa çalışması sürpriz olar. Çünki biz olduğu bütün masaları qan-can hesabına özünə uyğunlaşdırmağa məcbur buraxan bir Rusiya və Putin profili əzbərləmişik. Özü də “parçala və hökmranlıq et” prinsipi ilə.

Liderlik davası

Rusiya və Türkiyə daim regional hökmranlıq iddiasını yüksək səviyyədə qoruyan, başqalarına yeritməyə çalışan iki ölkədir. İkisinin liderini bir masada, özü də illərdə SSRİ əsarətində Moskvanın təsiri altında qalmış türk ölkələrinin birləşib qurduğu, millətçi çağırışları üstün tutduğu və Ankaranın da Kremlin oxundan özünə çəkməyə, ondan uzaqlaşdırmağa çalışdığı bir masada ikilinin “bərabərlik” prinsipi ilə bir araya gəlməsi nə dərəcədə mümkündür? Nəzərə alaq ki, iki imperiya keçmişi olan və özünü o imperiyaların davamı kimi görən, hətta bərpa etməyə çalışdıqları iddiası bütün dünyada dolaşan ölkələrin lideridir. Onsuz da təşkilatda “liderlik” iddialarının havada uçuşduğu, üstünlük nümayişinə cəhdlərin göründüyü bir şəraitdə belə bir addım sadəcə əvvəl normal başlayan, sonrakı zamanlarda dinamikası artan yeni “döyüş rinqi” yaradar. Söhbət əməkdaşlıqla başlasa belə, bir yerdən sonra mütləq qırılacaq. Yəni Putinin Türk masasına oturması nə Ankaraya, nə də digər türk ölkələrinə sərf edir. Bunun sadəcə Rusiyaya fərqli sferalarda faydası ola bilər. Türk masasına hələlik başqa bir ölkə lazım deyil, hazırda ən vacib məsələ türk ölkələrinin bir-biri ilə yaxınlaşması və birlikdə güclü mexanizm formalaşdırmasıdır.

Bu təklifin Qazaxıstandan gəlməsi isə xüsusilə maraqlıdır. Hazırda Türk dünyasında daxili və xarici siyasəti ən maraqlı iki ölkə Qazaxıstan və Özbəkistandır. Bakının məsələyə münasibəti də mövcud vəziyyət nəzərə alınaraq necə olar? Ümid edirəm, mənfi. Putinin gəlişi o masada bəlkə də xırda 1-2 müsbət istiqamətdə tənzimləmə yaradar, amma bu şəxs “ya başdayıq, ya da masa dağılacaq” zehniyyətində olan biridir./globalinfo.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki