Bakının mərkəzində qəzaya düşən maşın səkiyə çıxdı - Video

Bu gün paytaxtın Nəsimi rayonu ərazisində - Səməd Vurğun və Süleyman Rəhimov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media  xəbər verir ki, yol hərəkəti qaydalarının pozulması nəticəsində “Hyundai” və “BYD” markalı 2 nəqliyyat vasitəsi toqquşub.

Zərbənin təsirindən “Hyundai” yolun hərəkət hissəsindən çıxaraq səkiyə çıxıb.

Xoşbəxtlikdən həmin vaxt səkidə piyada olmayıb.

Faktla bağlı araşdırma aparılır./“Qafqazinfo”/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki