İngiltərə və İtaliya klubları hərəkətə keçdi: “Qalatasaray” ulduzuna 50 milyon avro qiymət qoydu

Türkiyənin “Qalatasaray” klubunun braziliyalı futbolçusu Qabriel Sara Avropanın bir sıra tanınmış klublarının diqqətini cəlb edib. İstanbul təmsilçisinin 27 yaşlı yarımmüdafiəçi üçün müəyyənləşdirdiyi transfer qiyməti isə diqqət çəkir.

Referans Media xəbər verir ki, İngiltərə Premyer Liqasının “Aston Villa”, “Brayton”, “Nyukasl Yunayted” və “Everton”, İtaliya A Seriyasının isə “Roma” və “Napoli” klubları Qabriel Sara ilə maraqlanır.

Avropa klublarından gələn marağı nəzərə alan “Qalatasaray” rəhbərliyi futbolçunun satışından 45-50 milyon avro qazanmağı hədəfləyir. İstanbul təmsilçisi bu məbləğdə təklifləri dəyərləndirməyə hazırdır.

Transferin nəzərdə tutulan qiymətə reallaşması halında Qabriel Sara Türkiyə futbolu tarixində ən yüksək məbləğə satılan futbolçu olacaq. Beləliklə, braziliyalı yarımmüdafiəçinin mümkün transferi yeni rekorda imza ata bilər.

Qeyd edək ki, Qabriel Sara bu mövsüm bütün turnirlərdə 15 rəsmi oyunda meydana çıxıb. O, 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu ümumilikdə komandasının 8 qolunda birbaşa iştirak edib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki