“Real Madrid”in türkiyəli futbolçusu Arda Gülər bu dəfə meydandakı çıxışı ilə deyil, şəxsi həyatındakı yeniliklə gündəmə gəlib.
Referans Media xəbər verir ki, 21 yaşlı futbolçunun sürücülük vəsiqəsi almaq üçün Madriddə sürücülük kursuna yazıldığı bildirilir. Beləliklə, gənc ulduz uzun müddətdir arzuladığı sükan arxasına keçmək istəyini gerçəkləşdirməyə hazırlaşır.
İspaniyanın paytaxtı Madriddə yaşayan Arda Gülər indiyədək şəhərdaxili gediş-gəlişini şəxsi sürücüsünün köməyi ilə həyata keçirib. Lakin sürücülük vəsiqəsi almaq qərarı ilə bu vərdişini dəyişməyə hazırlaşır.
Qeyd edək ki, futbolçunun sürücülük vəsiqəsi almaq arzusu yeni deyil. Arda Gülər 2024-cü il mayın 30-da İspaniya mətbuatına müsahibəsində Valdebebas bazasına şəxsi sürücüsü ilə gedib-gəldiyini bildirmişdi. Həmin vaxt futbolçu sıx qrafikindən imkan tapan kimi sürücülük vəsiqəsi almaq istədiyini də açıqlamışdı.
