Emre Belözoğlu ulduz futbolçusuna fərqli tapşırıq verdi – Qrinvudun meydandakı rolu dəyişir

“Fənərbaxça”nın baş məşqçisi Emre Belözoğlu ingiltərəli futbolçu Meyson Qrinvudun meydandakı rolunu dəyişməyə hazırlaşır.

Referans Media xəbər verir ki, məşqçi 24 yaşlı futbolçunun müdafiəyə daha az kömək etməsini və hücumda daha sərbəst oynamasını istəyir. Bu dəyişikliklə Qrinvudun qol vurmaq imkanlarının artırılması hədəflənir.

Belə ki, komandanın məşqçilər heyəti futbolçunun enerjisini daha çox hücum təşkilatlarına yönəltməyi və rəqib qapısına yaxın mövqelərdə daha tez-tez topla təmin olunmasını planlaşdırır. Bununla belə, onun müdafiə məsuliyyətinin azaldılmasının cinahda boşluqlar yarada biləcəyi də istisna edilmir.

Qeyd edək ki, “Fənərbaxça”nın 39 milyon avroya transfer etdiyi Qrinvud bu mövsüm 20 rəsmi oyunda meydana çıxıb. Onlardan 17-də start heyətində yer alan futbolçu 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

İngiltərəli hücumçu UEFA Çempionlar Liqasında da 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Liverpul”la qarşılaşmada da fərqlənib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki