Hindistan ordusunda casusluq qalmaqalı: Çılpaq fotolara görə ölkəsinin hərbi sirlərini satdı

Hindistanda Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabitinin Pakistan kəşfiyyatı ilə əlaqəli olduğu ehtimal edilən qadına məxfi hərbi məlumatlar ötürdüyü iddia olunur. Zabitin bu məlumatlar müqabilində qadından çılpaq fotolar aldığı bildirilir.

Referans Media xəbər verir ki, may ayında həbs edilən zabit “WhatsApp” vasitəsilə həmin qadınla əlaqə saxlayıb. İstintaq materiallarında onun aldığı hər yeni foto qarşılığında məxfi müharibə planının bir səhifəsini göndərməyi təklif etdiyi qeyd olunub.

Zabitin döyüş təyyarələrinin yerləşdiyi ərazilər, hərbi bazaların imkanları, pilotsuz uçuş aparatları və hərbi əməliyyatlarla bağlı məlumatları paylaşdığı bildirilir. Bundan başqa, onun tabeliyindəki beş hərbçinin elektron cihazlarına casus proqramı yüklənməsinə şərait yaratdığı iddia edilir.

Polisin araşdırması zamanı tərəflər arasında 12 yanvar–1 aprel tarixlərində 3 008 yazılı mesaj, 65 fotoşəkil, 42 səsli zəng və 4 videozəng qeydə alınıb.

Məxfi hərbi obyektə mobil telefon aparmaq qadağan olunsa da, zabitin özü ilə “iPhone” daşıması şübhələrə səbəb olub. Telefonun yoxlanılması zamanı şübhəli yazışmalar aşkarlanıb.

Qeyd edək ki, zabit 30 may 2026-cı ildə saxlanılıb və daha sonra həbs edilib. Onun barəsində Rəsmi Sirlər Qanunu çərçivəsində araşdırma aparılır. İddiaların nə dərəcədə təsdiqlənəcəyi məhkəmə prosesində müəyyənləşəcək.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki