Yolu keçmək istəyən piyadanı motosiklet vurub.
Referans Media “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb.
Belə ki, Elmir Zeynalov idarə etdiyi “Muravey” markalı motosikletlə yolu keçən rayon sakini, 1960-cı il təvəllüdlü Zəfər Vəliyevi vurub.
O, aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
