Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
Referans Media Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Corat bağları ərazisində qeydə alınıb.
İddiaya görə, hadisə ailə münaqişə zəminində baş verib və 67 yaşlı kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, əməli törətməkdə şübhəli bilinən 61 yaşlı qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.
