75 yaşlı şəxs bağlı qapı arxasından belə xilas edildi - Video

Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində yerləşən yaşayış binasında vətəndaş mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Referans Media  xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar əraziyə nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin qapısını açaraq 1951-ci il təvəllüdlü vətəndaşı yaxınlarına təhvil veriblər.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki