Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, piyada zolağından yolu keçmək istəyən 2010-cu il təvəllüdlü qızı avtomobil vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./Sfera.az/
