"Qalatasaray"dan transfer bombası: İki portuqaliyalı ulduz İstanbul yolunda!

"Qalatasaray" qış transfer pəncərəsində heyətini iki tanınmış portuqaliyalı futbolçu ilə gücləndirməyi planlaşdırır. İstanbul təmsilçisinin “Mançester Yunayted”in kapitanı Bruno Fernandes və “Vilyarreal”da çıxış edən Renato Veiqanı transfer siyahısına daxil etdiyi iddia olunur.

Referans Media xəbər verir ki, 32 yaşlı Bruno Fernandesin İngiltərə klubu ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatır. Təcrübəli yarımmüdafiəçinin yeni müqavilə imzalamaması onun komandadan ayrılmaq ehtimalını artırıb. "Qalatasaray" rəhbərliyi futbolçunu qış transfer dövründə heyətinə qatmaq üçün bütün imkanları dəyərləndirməyi planlaşdırır.

Türkiyə klubunun digər hədəfi isə Renato Veiqadır. Həm mərkəz müdafiəçisi, həm də sol cinah müdafiəçisi mövqeyində oynaya bilən futbolçunun transferi müdafiə xəttində rəqabəti artırmaq məqsədi daşıyır. Klub rəhbərliyinin bu keçid üçün Çempionlar Liqasında əldə olunacaq nəticələrdən asılı olaraq büdcəni artırmağı nəzərdən keçirdiyi bildirilir.

Transferlərin reallaşmasında "Qalatasaray"ın digər portuqaliyalı ulduzu Rafael Leanun da rol oynaya biləcəyi iddia olunur. Onun Bruno Fernandes və Renato Veiqa ilə danışaraq İstanbul klubu barədə müsbət fikirlər səsləndirməsi gözlənilir.

Qeyd edək ki, bu transferlər hələlik iddia xarakteri daşıyır və klublar tərəfindən rəsmi təsdiqlənməyib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki