Pişik üstündə qonşusunu öldürdü - Qandonduran hadisə - VİDEO

Türkiyədə pişik üstündə qonşular arasında yaranan mübahisə ölümlə nəticələnib.

Referans Media yerli mediaya istinadən xəbər verir ki, hadisə İstanbulun Esenyurt rayonunun Osmanqazi məhəlləsində, Papatya küçəsində yerləşən dönərxananın qarşısında baş verib.

Məlumata görə, 39 yaşlı Ahmet Öksüzün saxladığı pişiklər qonşusu, 29 yaşlı Emre Y.-nin evinə girdiyi üçün tərəflər arasında əvvəllər də mübahisə yaşanıb.

Hadisə günü saat 15:00 radələrində qonşular arasında eyni səbəbdən yenidən mübahisə yaranıb. Mübahisə böyüyərək davaya çevrilib. Bu zaman Emre Y. üzərində gəzdirdiyi tapança ilə Ahmet Öksüzə atəş açıb.

Kürəyindən iki güllə yarası alan Öksüz yerə yıxılıb. Şübhəli şəxs isə hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Emre Y. cinayətdə istifadə etdiyi tapança ilə birlikdə qısa müddətdə saxlanılıb.

Faktla bağlı araşdırma davam etdirilir./Lent.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki