Mətin Hüseynova yüksək vəzifə verildi

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) struktur dəyişikliyi olub.

Referans Media  bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Eldar Əzizov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, BŞİH-nin Mətbuat xidməti ləğv edilərək, əvəzində Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsi yaradılıb. Yeni yaradılan şöbənin müdiri vəzifəsinə Mətin Adil oğlu Hüseynov təyin edilib.

Qeyd edək ki, M.Hüseynov bu təyinatadək BŞİH-nin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki