Ağdam rayonunda qətl hadisəsi olub.
Referans Media-ın məlumatına görə, hadisə rayonun Səfərli qəsəbəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanıb. Ağır xəsarət alan Zakir Hüseynov hadisə yerində ölüb.
Hadisəni törətməkdə onun kürəkəni, 1996-cı il təvəllüdlü Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir.
Faktla bağlı cinayət işi başlanılıb. Hadisənin təfərrüatı araşdırılır./Qafqazinfo/
