Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var

Mingəçevirdə "VAZ-21099" və "Lexus" markalı avtomobillər toqquşub.

Referans Media bildirir ki, Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə M.Maqomayev prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində baş verib.

Qəza zamanı "VAZ-21099"da olan Pərviz Nəbiyev xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, qəza iştirakçılarından biri olan "Lexus" Mingəçevirdə fəaliyyət göstərən iri marketlər şəbəkəsindən birinin sahibinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki