Ağdamda 30 hektar açıq ərazidə yanğın başladı – Video

Ağdam rayonunda genişmiqyaslı yanğın hadisəsi baş verib.

Referans Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğın rayonun Abdal kəndi ərazisində başlayıb.

İlkin məlumata əsasən, alovun yayılaraq təxminən 30 hektar açıq sahəni əhatə etdiyi bildirilir.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdam Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili, həmçinin Xocalı rayonundan 1 yanğınsöndürən avtomobili və şəxsi heyət hadisə yerinə cəlb olunub.

Məlumata görə, yanğının baş verdiyi ərazilər hələ minadan təmizlənməyib. Bu isə yanğınsöndürənlərin əraziyə daxil olaraq alovun qarşısının alınması və söndürülməsi istiqamətində işlərini əhəmiyyətli dərəcədə çətinləşdirir.

Hazırda ərazidə yanğının söndürülməsi və genişlənməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki