Gecə saatlarında ağır qəza: Ölən var

Beyləqanda minik və yük avtomobilləri toqquşub.

Referans Media report-a istinadən xəbər verir ki, hadisə Qaradağlı kəndində qeydə alınıb.

Belə ki, MAN markalı yük və “Hyundai” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində “Hyundai”ın sürücüsü Əlzamin Saday oğlu Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki