AB hantavirusa qarşı peyvənd və müalicə üsulları üzərində işləyir.

Avropa Birliyi Komissiyasının nümayəndəsi Apostolos Tsitsikostas bildirib ki, hazırda hantavirusun genişmiqyaslı epidemiyaya çevrildiyini göstərən əlamət yoxdur. O qeyd edib ki, “MV Hondius” adlı sərnişin gəmisində qeydə alınan yoluxmalar nəticəsində 11 nəfər virusa yoluxub, onlardan 3-ü ölüb, 2 nəfərin isə reanimasiyada müalicəsi davam edir.

AB rəsmisinin sözlərinə görə, bütün yoluxma halları nəzarət altındadır və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) ümumi əhali üçün riski “çox aşağı” qiymətləndirir.

Tsitsikostas əlavə edib ki, hazırda AB-də hantavirusa qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə mövcud deyil, lakin bu istiqamətdə ümidverici araşdırmalar aparılır.

Qeyd edək ki, hantavirus əsasən gəmiricilərdən yayılır və yüksək hərarət, halsızlıq, əzələ ağrıları kimi simptomlara səbəb olur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki