image-azercelllllbackend

Abonentlər “Azercell”dən kütləvi şəkildə imtina edir:

Xəbər verdiyimiz kimi, mobil rabitə operatoru “Azercell” 2025-ci il iyulun 1-dən etibarən fakturasız nömrələr üçün yeni aktiv qalma müddəti qaydalarını tətbiq edəcəyini açıqlayıb. Bu dəyişiklik sosial şəbəkələrdə geniş rezonans doğurub və bir sıra istifadəçilər yeni şərtlərlə razı olmadıqlarını bildiriblər.

İstifadəçilər  yeni tariflərlə razı olmadıqlarını və bu səbəbdən “Azercell”dən imtina edərək digər mobil operatorlardan istifadə edəcəklərini bildiriblər. Onlar qiymətlərin büdcələrinə uyğun gəlmədiyini və yeni şərtlərin haqsız olduğunu vurğulayıblar.

Bəzi vətəndaşlar isə bu qərarı açıq şəkildə “biabırçılıq” adlandırıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki