image-abs-herbcileri-11backend

ABŞ 5 min hərbçisini bu ölkədən çıxarır

ABŞ hərbi naziri Pit Heqset Almaniyadan 5000 ABŞ hərbçisinin çıxarılması ilə bağlı əmr imzalayıb.

Referans Media Axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin İctimaiyyətlə Əlaqələr üzrə köməkçisi Şon Parnel bildirib.

O qeyd edib ki, Almaniyadan 5000 ABŞ hərbçisinin çıxarılması 6-12 ay ərzində başa çatacaq.

Qeyd edək ki, daha əvvəl Almaniyanın xarici işlər naziri Yohan Vadeful ABŞ qoşunlarının ölkəsindən çıxarılmasına təmkinli yanaşdıqlarını açıqlamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki