Referans Media xəbər verir ki, bu haqda “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, buna ABŞ prezidenti Donald Trampın təklif etdiyi dalana dirənmiş sülh planı səbəb olub. HƏMAS-ın silahı yerə qoymaqdan imtina etməsi də bir digər səbəbdir.
Plana görə, mərkəzin funksiyaları ABŞ komandanlığı altında Beynəlxalq Stabilləşdirmə Qrupuna veriləcək. ABŞ hərbi kontingenti 190 nəfərdən 40 nəfərə endiriləcək. Qalan vəzifələrin isə digər ölkələrin mülki mütəxəssisləri tərəfindən tutulması gözlənilir.
İddiaya görə, hətta mərkəzin adı dadəyişdiriləcək və Beynəlxalq Qəzzaya Dəstək Mərkəzi adlandırılacaq.//publika.az






















