image-79acb6ac59fbb7b7b7a4be3a3af2ae44backend

Tramp İranla müharibənin bitdiyini AÇIQLADI

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlarla bağlı yeni qərarını açıqlayıb.

Referans Media xəbər verir ki, Axios-a istinadən yayılan məlumata görə, Tramp Nümayəndələr Palatasının spikeri Mayk Consona göndərdiyi məktubda fevralın 28-də başlanmış hərbi əməliyyatların dayandırıldığını bildirib.

Məktubda qeyd olunur ki, hazırda əməliyyatlar dayandırılsa da, Vaşinqton gələcəkdə hərbi addımların atılması ehtimalını istisna etmir.

Tramp vurğulayıb ki, ABŞ administrasiyası vəziyyəti yaxından izləyir və lazım gəldiyi təqdirdə əlavə qərarlar qəbul oluna bilər.//Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki