ABŞ Prezidenti Donald Tramp bu yay Fransada keçiriləcək Böyük Yeddiliyin (G7) sammitində iştirak edə bilər.
Referans Media xəbər verir ki, Amerika lideri jurnalistlərin 15-17 iyun tarixlərində Fransada keçirilməsi planlaşdırılan G7 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı suallarına “ola bilsin ki, iştirak etdim” cavabını verib.
O, bu məsələ ilə bağlı əlavə şərh verməyib./Teleqraf






















