Referans Media xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Hadisə Marana şəhərinin hava limanında baş verib. Təyyarə uçuş-enmə zolağından kənara çıxaraq partlayıb. Məlumata görə, hava limanında olan digər hava gəmilərinə ziyan dəyməyib.
ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası faktla bağlı araşdırmalara başlayıb.
Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-35” qırıcısı Nevada ştatında uçuş zamanı qəzaya uğramışdı. Aviaqəza İndian-Sprinqs şəhərindən təxminən 40 kilometr şimal-şərqdə, Nevadanın sınaq və təlim poliqonunun ərazisində baş vermişdi. Təyyarə Nellis aviabazasından uçuş həyata keçirirdi. Pilot katapult zamanı yüngül xəsarətlər almış və ona lazımi tibbi yardım göstərilmişdi.//publika.az






















