ABŞ-dan Yaxın Şərqlə bağlı qəti addım: Ordu yığır

ABŞ-ın “Gerald R. Ford” təyyarədaşıyan gəmisi Yaxın Şərqə göndəriləcək.

Referans Media  xəbər verir ki, bu barədə “New York Times” qəzeti ABŞ administrasiyasındakı mənbəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, onun Fars körfəzindəki “Avraham Linkoln” aviadaşıyıcısının zərbə qrupuna qoşulması planlaşdırılır.

Qeyd edək ki, bu, Yaxın Şərq sularında patrul xidməti göstərən üçüncü ABŞ təyyarədaşıyan gəmisi olacaq.

Xatırladaq ki, “Gerald R. Ford” təyyarədaşıyan gəmisinin təyyarələri yanvar ayında Karakasa hücumda iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki