ABŞ-dən 75 ölkə ilə bağlı QƏRAR: Viza qadağası ləğv edildi

ABŞ Rusiyanın da daxil olduğu 75 ölkənin vətəndaşlarına immiqrasiya vizalarının verilməsinə tətbiq etdiyi qadağanı ləğv edib.

Referans Media xəbər verir ki, bununla bağlı CNN məlumat yayıb.

Bldirilib ki, ABŞ yanvar ayında müraciət edən şəxslərə nəzarətin sərtləşdirilməsi çərçivəsində ölkəyə giriş icazələrinin verilməsini dayandırmışdı. Federal məhkəmə bu tədbirin qanuna zidd olduğuna və hakimiyyət orqanlarının səlahiyyətlərini aşdığına qərar verib.

Qeyd edək ki, ABŞ-də qüvvədə olan qaydalara əsasən, immiqrantın ölkəyə girişindən yalnız onun dövlətin potensial “himayəsində olan şəxsi” olacağı hesab edilərsə imtina edilə bilər./Modern.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki